27 Dekabr 2024
l Divizion Ölkə futbolu

Sponsoru Azərbaycan klubunun 100 min manat borcunu bağladı, stadion tikmək üçün ərazi axtarır

Azəbaycan II Liqa klublarından “Şəfa”ya yeni sponsor – “MY Group” MMC-nin himayədarlıq edəcəyi haqda sizə məlumat vermişdik.

İdmanxeber.az-a daxil olan məlumata görə, şirkət paytaxt klubun bütün borclarını bağlayıb. Bunun üçün yeni sponsor təxminən 100 min manat civarında xərc çəkməli olub. Şirkət rəhbərliyi klubun futbolçulara, məşqçilərə olan aylarla borclarını tez bir zamanda bağlaya bilib. Klubun əvvəlki əzəmətini geri qaytarmağa çalışan yeni sponsor “ASK Arena” rəhbərliyi ilə ortaq məxrəcə gələ bilmədiyindən, “B” variantını düşünür.

Klubun yeni sahibləri Bakının Binə qəsəbəsində əlverişli torpaq sahəsi axtarışındadı. Rəhbərlik “Şəfa” klubunu məhz bu qəsəbəyə daşımaqda maraqlıdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43