Dünya futbolu

“Sportinq” Bakıya gənc oyunçuları da gətirir

“Qarabağ” Avroliqanın V turunda Bakıda “Sportinq”i qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Lissabon təmsilçisinin baş məşqçisi Marsel Keyzer zədədən yeni qayıdan bəzi futbolçuları risk etməmək üçün B komandadan bir neçə gənc oyunuçunu heyətə daxil edib.

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43