Ölkə futbolu

“Sportinq” Budaq Nəsirovla müqaviləni uzatdı!

Portuqaliyanın “Sportinq” klubu U-21 millimizin üzvü Budaq Nəsirovla müqaviləni yeniləyib.
İdmanxeber.com-un məlumatına görə, gənc yarımmüdafiəçi daha bir il Lissabon təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, B.Nəsirov ötən ilin yayından “Sportinq”də çıxış edir. O, ötən mövsüm “Sportinq”in B komandasında 20 oyunda meydana çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43