“Sportinq”in yeni baş məşqçisi rəsmən açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya təmsilçisini Rui Borges çalışdıracaq. 43 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Borgesin son klubu “Vitoriya” olub. Lissabon təmsilçisi gənc mütəxəssis üçün 4 milyon avro təzminat ödəyib.
Xatırladaq ki, baş məşqçi bu posta yeni təyin edilən Joao Pereyranı əvəzləyib.