Kateqoriyasız

Stamenkoviç tribunadan “Neftçi”yə bu yolla dəstək oldu – VİDEO

Cəza səbəbindən “Neftçi”yə “İnter”lə matçda kömək edə bilməyən Saşa Stamenkoviç meydanda olmasa da, tribunadan komandasına dəstək olub.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun serbiyalı qapıçısı “Neftçi” azarkeşlərinə qatılaraq, onlarla birgə “ağ-qaralar”a səsləndirdiyi şüarla dəstək olub. 

Qeyd edək ki, “Neftçi” iki görüşün nəticəsinə görə, “İnter” səddini aşaraq, yarımfinalda “Rəvan”a rəqib olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43