Kateqoriyasız

Stankoviç: “Azərbaycan çempionuyuq, səviyyəmizi göstərəcəyik”

“Neftçi”nin futbolçusu Voyislav Stankoviç də Çempionlar Liqasının I təsnifat mərhələsində “Dinamo” (Tbilisi) ilə oyunundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

“Bilirik ki, sabah bizi yaxşı rəqib gözləyir. Oyuna yaxşı hazırlaşmışıq. “Dinamo”nu analiz etmişik. Ümidvarıq ki, sabah biz meydana çıxıb öz yaxşı oyunumuzu göstərib, qələbə üçün oynayacağıq.

– Kaxaber Sxadadzenin Azərbaycan futbolunu tanıması bu cütün taleyinə nə dərəcədə təsir edə bilər?
– “İnter”də onunla işləmişəm, baş məşqçim olub. Kaxaber Azərbaycan futbolunu çox yaxşı bilir. Mənə məlumdu ki, o, futbolçulardan nə tələb edir. Bizi sabah maraqlı oyun gözləyir. “Neftçi” meydana öz səviyyəsini göstərmək üçün hər şeyə hazırdı. “Neftçi” Azərbaycan çempionu olub, səviyyəmizi göstərəcəyik. Azərbaycana qələbə üçün qayıdacağımıza ümidvaram.

– “Neftçi”də müdafiə xəttində dəyişikliklər oldu. Bu, komandanın müdafiəsi baxımından çətinliklər yarada bilər?
– Bizim bəzi dəyişikliklərimiz var. Toplanışda olmuşuq, yoxlama oyunları oynadıq. Ən yaxşı şəkildə hazırlaşmışıq. Biz sabahkı oyunda meydana öz yaxşı oyunumuzu oynamağa çalışacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43