23 Oktyabr 2024
Kateqoriyasız

Stankoviç “Zirə” ilə oyunu buraxacaq

“Neftçi”nin futbolçusu Voyislav Stankoviç Misli Premyer Liqasının 12-ci turunda “Zirə” ilə oyunu buraxacaq.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi qripə yoluxub. Bildirilir ki, Stankoviç 1-ci gün komanda ilə məşqlərə qoşula bilər.

Qeyd edək ki, bu gün keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 17630-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43