Hazırda Rumınıyanın IV liqasında çıxış edən sabiq “Xəzər Lənkaran”lı futbolçu Stelian Stanku ölkə mətbuatına müsahibə verib. Təcrübəli futbolçu Lənkəran təmsilçisindəki günləri xatırlayaraq orada keçirdiyi vaxtları unuda bilmədiyini bildirib:
“2010-2011 mövsümündə Azərbaycan kubokunu qazanmışdıq. Həmin coşqunu unuda bilmirəm. Şəhərə 70-80 km qalmış azarkeşlər bizi qarşılamağa gəlmişdilər. Biz şəhərə girməkdə çətinlik çəkirdik. Bütün şəhər bizimlə idi”
“Xəzər Lənkəran” həmin mövsüm kubokun finalında “İnter”i (hazırkı “Keşlə”) əsas vaxtı 1:1 hesabı ilə yekunlaşmış oyunda penaltilər seriyasında məğlub edib – 4:2.