“Barselona”nın futbolçusu Luis Suaresin 2014-cü ilin yayında aldığı uzun müddətli cəzadan xəbərdarsınız.
İdmanxeber.com-un məlumatına görə, uruqvaylı futbolçu bu cəzaya görə FİFA-nın ondan üzr istəməli olduğunu dilə gətirib.
“Fokus Sport”a danışan futbolçu:
“Mən səhvimi başa düşürdüm. FİFA-nın mənə cerdiyi cəza çox şişirdilmişdi. Bu xəbəri eşidəndə göz yaşlarımı saxlaya bilmirdim. Güclü olmağa çalışdım, lakin bacarmadım. Düşünürəm ki, FİFA buna görə məndən üzr istəməlidi”, – fikirlərini səsləndirib.
Xatırladaq ki, Suares İtaliya ilə oyunda Corcio Çiyellinini dişlədiyinə görrə 9 oyunluq cəza almışdı.