20 Sentyabr 2024
Dünya futbolu

Suares yanvarda Messinin yanına gedir

“Qremio”nun hücumçusu Luis Suares “İnter Mayami”yə keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı uruqvaylı 2024-cü ilin yanvarında azad agent kimi MLS komandasına qoşulacaq. Bildirilib ki, forvard “Barselona”da birlikdə çıxış etdiyi Lionel Messi, Xordi Alba və Serxio Busketslə eyni komandada oynamaq istəyir.

Bu mövsüm Suares bütün turnirlərdə 46 matçda iştirak edib, 19 qol vurub və 16 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43