26 Fevral 2024
Kateqoriyasız

Subaşiç “Orduspor”da hansı nömrəli formanı geyinəcək?

Türkiyə birinci liqa klublarından “Orduspor”la müqavilə imzalayan millimizin üzvü Branimir Subaşiçin bu klubda geyinəcəyi formanın nömrəsi məlum olub.

Türkiyə klubu ilə iki illik müqavilə imzalayan hücumçunun forma nömrəsində dəyişiklik olub. Beləki, Subaşiç bundan sonra 20 nömrəli forma geyəcək.

Qeyd edək ki, futbolçumuz buna qədər 15 nömrəli forma geyirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43