Bu gün Türkiyə kubokunda 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb.
İdmanxeber.com-un məlumatına görə, millimizin sabiq futbolçusu Branimir Subaşiçin və yığmamızın qolkiperi Kamran Ağayevin komandalarının rəqibləri də bəlli olub.
Ağayevin şərəfini qoruduğu “Kayserispor” “Sivasspor”la, Branimir Subaşiçli “Manisaspor” isə “Qalatasaray”la qarşılaşacaq.
Püşkün nəticələrini təqdim edirik
1/4 final mərhələsinin cütlükləri:
1. “Mersin İdmanyurdu” – “Fənərbaxça”
2. “Qalatasaray” – “Manisaspor”
3. “Bursaspor” – “Gənclərbirliyi”
4. Kayserispor” – “Sivasspor”
1/4 final
İlk oyunlar – 3, 4, 5 mart
Cavab oyunları – 7, 8, 9 aprel
1/2 final mərhələsinin cütlükləri:
1-ci cütün qalibi – 3-cü cütün qalibi
2-ci cütün qalibi – 4-cü cütün qalibi
1/2 final
İlk oyunlar – 28, 29, 30 aprel
Cavab oyunları – 19, 20, 21 may