Türkiyə Kubokunda 5-ci turun oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, millimizin sabiq forvardı Branimir Subaşiçin formasını geyindiyi “Manisaspor” “Akhisar Bələdiyəspor”la qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Subaşiç matça start heyətində başlayıb və ilk 45 dəqiqədən sonra əvəzlənib.
Qeyd edək ki, “Manisaspor” 5 oyundan sonra 4 xalla qrupda sonuncu pillədə yer alır.