Dünya futbolu

Sulşer yenidən Premyer Liqada – FOTO

İngiltərənin “Kardif” klubunun yeni baş məşqçisi müəyyənləşib. “Arsenal”la dünənki oyuna təşrif buyurmuş Ule-Qunner Sulşer, gözlənildiyi kimi Uels təmsilçisinin baş məşqçisi olub.

Karyerasının ən uğurlu illərini “Mançester Yunayted”də keçirən norveçli mütəxəssis, futbolçu karyerasını bitirəndən sonra elə ilk olaraq “qırmızı şeytanlar”ın əvəzedicilərini çalışdırıb. Ardınca vətəninə qayıdan Sulşer keçmiş klublarından olan “Molde”ni çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43