Dekabrın 29-dan komada olan "Formula-1"-in yeddiqat çempionu Mixael Şumaxerdən şad xəbər gəlib.
"Lequipe"nin verdiyi xəbərə görə, dağda xizək sürərkən yıxılaraq beyni zədələnən idmançının durumunda irəliləyiş var. Məlumata görə, Şumaxer yavaş-yavaş komadan oyandırılacaq.
Onun son durumu haqda rəsmi informasiyanın verilməsi gözlənilir.