Kateqoriyasız

“Sumqayıt” Ankaranı seçdi

“Sumqayıt” hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Ankara şəhərində keçirəcək.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 2-dən 16-dək Qızılcahamam bölgəsində yerləşən otellərdən birində məskunlaşacaq komanda bu müddət ərzində 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların zamanı barədə klubun rəsmi media hesabları vasitəsilə məlumat veriləcək.

Qeyd edək ki, 2021/22 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” iyunun 17-dən etibarən Sumqayıt şəhərində məşqlərə start verib. Hazırlıq dönəminin birinci mərhələsi iyunun 30-dək davam edəcək. Ayxan Abbasovun futbolçuları bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyunun 30-da, saat 18:30-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43