Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə ilk yoxlama oyununu keçirib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Abasovun rəhbərlik etdiyi komanda Qazaxıstanın “Akjayık” klubu ilə üz-üzə gəlib.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə təmsilçimiz 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu penaltidən Pərdis Fərcad-Azad vurub.
Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama oyunlarını Rumıniya yüksək liqa klublarına qarşı keçirəcək. Komanda yanvarın 20-də “Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
“Sumqayıt” oyuna bu heyətlə çıxıb: Səlahət Ağayev, Slavik Alxasov, Cəmil Hacıyev, Vurğun Hüseynov (k), Bəxtiyar Həsənalızadə, Aleksandr Çertoqanov, Murad Ağayev, Uğur Pamuk, Ağabala Ramazanov, Vaqif Cavadov, Amil Yunanov.
Meydana sonradan daxil olanlar: Tərlan Əhmədli, Eltun Yaqublu, Emin Mehtiyev, Samir İbrahimov, Xəyal Nəcəfov, Pərdis Fərcad-Azad, Amit Quluzadə, Tofiq Mikayılov, Ayaz Mehtiyev, Mikayıl Rəhimov.