17 Noyabr 2024
Kateqoriyasız

“Sumqayıt” antirekordu təkrarladı

“Sumqayıt” Azərbaycan Premyer Liqasının I dövrəsində ən az qol vuran komanda olub.

İdmanxeber.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi 9 oyunda yalnız bir dəfə fərqlənib.

Bu, Azərbaycan çempionatlarının 30 illik tarixində müvafiq dövr üçün ən aşağı göstəricidir. Sumqayıtlılar 1996/97 mövsümündə qeydə alınan antirekordu təkrarlayıb.

26 il əvvəl “Şəmkir” 9 matçda cəmi 1 qol vurub. Həmin vaxt 9 görüşdə xal da qazanmayan qərblilər texniki məğlubiyyəti top fərqində nəzərə almasaq, 44 qol buraxıb.

4 xala malik “Sumqayıt” 11 dəfə topu qapısında görüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43