"Bizim komandada maliyyə problemi yoxdur. Ona görə də, bu barədə yayılan xəbərlər əsassızdır".
Bu sözləri idmanxeber.com-a "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədopv deyib.
Turnir cədvəlinin autsaderinin 4 aydır ki, futbolçulara maaş vermməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən klub rəsmisi bunun cəfəngiyyat olduğunu bildirib:
"Qardaş, bu cəfəngiyyatdı. Bizim klubun maaş ödəmə sistemi var. Hər ayın 10-20-si aralığında ötən ayın maaşı ödənir. Yalnız oktyabr ayının maaşı hələki ödənməyib, o da 1-2 günə ödənəcək. Bilmirəm belə əsassız xəbərləri kim yayır".