Premyer Liqa

“Sumqayıt” AZAL-la oyuna itkilərlə hazırlaşır

Premyer Liqanın son turunda “Neftçi” üzərində qələbə qazanan “Sumqayıt” 2 günlük istirahəti başa vurub.

İdmanxeber.com-un məlumatına görə, komanda bu gün “Kapital Bank Arena”da AZAL-la qarşılaşmanın hazırlığına start verib.

Son oyunda zədə almış Rail Məlikov və U-21 millisindən zədəli qayıdan Yusif Nəbiyev kollektivdən ayrı çalışıb.

“Sumqayıt”ın növbəti məşqi noyabrın 24-də saat 11-də olacaq.

Qeyd edək edək ki, Premyer Liqanın 13-cü turunda “AZAL Arena”da baş tutacaq AZAL – “Sumqayıt” oyunu noyabrın 27-də keçiriləcək və saat 16:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43