16 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt” azarkeşlərini necə küsdürür?: “Oynadığınız oyun bir qəpiklik deyil…”

Xəbər verdiyimiz ki, Konfrans Liqası II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” görüşünün biletləri satışa çıxarılıb. Bir neçə gün öncə klubun rəsmi səhifəsindən bununla bağlı məlumat paylaşılıb.

Paylaşımın ardından “Sumqayıt” azarkeşləri rəhbərliyi sərt şəkildə tənqid etməyə başlayıb. Onlar bilet qiymətlərinin minimum 5 manatdan başlamasına sərt təpki göstərib.

Fanatlar avrokuboklarda çıxış edən digər komandalarımızı – “Zirə” və “Sabah”ı “Sumqayıt” rəhbərliyinə örnək göstərib. Belə ki, Bakı təmsilçiləri biletlərin satışını minimum 2 manatdan təyin edib. “Kimyaçılar”da isə bilet qiymətinin 5 manatdan başlaması azarkeşləri özündən çıxarıb.

Onlar sosial şəbəkələrdə klubun ünvanına sərt sözlər söyləyib. Fanatların bir neçəsinin fikirlərini diqqətinizə çatdırırıq:

Səfa Xəlilov: “Minimum bilet qiyməti 3 manat olmalı idi. Şəhər əhalisinin aldığı əmək haqqı bəlli, futbola gələn kütlə bəlli”.

Samir Hacıyev: “Oynadığınız oyun bir qəpiklik deyil, belə qiymət olar?”.

Vüsal Teymurlu: “Bu artıq bilirdiniz nədir? Növbəti tura keçmək bizlik deyil. Yəni caamatdan nə qopardıq-qopardıq. Konfrans Liqasının kənd komandaları ilə oyununun bilet qiyməti 5 manatdan başlayırsa, qruplara qədər kim bilir neçə olacaq?”.

İdmanxeber.az

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43