Kateqoriyasız

“Sumqayıt” baş məşqçisi ilə müqaviləni yenilədi

“Sumqayıt” baş məşqçisi Aqil Məmmədovla müqavilənin müddətini yeniləyib.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis daha bir il Sumqayıt təmsilçisini çalışdıracaq.

Qeyd edək ki, Aqil Məmmədov 2011/12 mövsümündə “Sumqayıt”da futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında futbolçu karyerasını rəsmən bitirib və əvəzedici komandaya köməkçi məşqçi təyin olunub. A.Məmmədov 2012/13 mövsümündə əsas komandada Bernhard Raabın köməkçisi olub. O, 2013/2014 mövsümündən isə “Sumqayıt”ın baş məşqçisidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43