2022/2023 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə qatıb.
İdmanxeber.az-ın məlumatına görə “gənclik şəhəri” təmsilçisi Türkiyə Super Liqasında çıxış edən “Başakşehir”in qvineyalı hücumameylli yarımmüdafiəçisi Alya Tureni 1 illik icarəyə götürüb.
20 yaşlı vinger “Sumqayıt”ın heyətində 37 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Alya Ture daha əvvəl Qvineyanın “Sekvens”, Türkiyənin “Akhisarspor” və Danimarkanın “Yammerbuxt” klublarında çıxış edib. O, həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına da dəvət alıb.