Kateqoriyasız

“Sumqayıt” divizion komandası ilə qarşılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” komandası martın 21-də ilk yoxlama oyununu keçirəcək.

Idmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “kimyaçılar” 1-ci divizion təmsilçisi MOİK-lə üz-üzə gələcək. Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 14:00-da veriləcək.

“Sumqayıt” martın 28-də daha bir yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Sabah”la qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43