21 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt” – “Fehervar” matçına 2800 bilet satıldı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq “Sumqayıt” – “Fehervar” matçına 2800 bilet satılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Sumqayıt” klubunun mətbuat xidməti məlumat yayıb.

Oyunu canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 20-dən isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə etmək mümkündür. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

Qeyd edək ki, “Sumqayıt” “Fehervar”la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43