20 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt” – “Fehervar” matçının biletləri satışa çıxdı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Fehervar” qarşılaşmasının biletləri artıq satışa çıxıb.

İdmanxeber.az-ın məlumata görə, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, iyulun 20-dən etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkün olacaq

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır. “Sumqayıt” – “Fehervar” matçı iyulun 25-i, saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43