22 Yanvar 2025
Ölkə futbolu

“Sumqayıt” heyətini yeni hücumçu ilə gücləndirdi

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini yeni hücumçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son olaraq Gürcüstanın “Torpedo” (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

O, yeni komandasında 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Momo Yansane karyerası boyunca “Torpedo” ilə yanaşı “Nijni Novqorod” (Rusiya), “Şerif” (Moldova), “Riyeka” (Xorvatiya) kimi klublarda çıxış edib. 27 yaşlı forvard Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43