“Sumqayıt” Futbol Klubu Premyer Liqa üçün təlim-məşq toplanışını davam etdirir. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün növbəti məşqinə çıxıb.
İdmanxeber.com-un məlumatına görə, komanda səhər məşqində daha çox fiziki çalışmalara üstünlük verib. “Sumqayıt” FK axşam “Kapital Bank Arena”da növbəti məşqinə çıxacaq. Komanda hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu yanvarın 23-də 1-ci divizion təmsilçisi “Zirə”yə qarşı keçirəcək.
Həmin qarşılaşma saat 16:00-da “Kapital bank Arena”da start götürəcək.