“Sumqayıt” dövrələrarası fasilədə ilk transferini həyata keçirib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda son olaraq “Keşlə”də çıxış edən Elnur Abdullayevi heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, E.Abdullayev karyerası ərzində “Keşlə”dən (32 oyun, 2 qol) başqa, “Simurq” (13 oyun, 1 qol), “Xəzər Lənkəran” (114 oyun, 10 qol), “Muğan” (42 oyun, 2 qol), “Bakı” (69 oyun, 3 qol), “Olimpik” (12 oyun), “Neftçi” və “Turan”ın şərəfini qoruyub. O, həmçinin 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisində çıxış edib.