05 Oktyabr 2022
Kateqoriyasız

“Sumqayıt” Kabo-Verde millisinin üzvünü transfer etdi – RƏSMİ

“Sumqayıt” heyətini yeni oyunçu ilə gücləndirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Stiven Pereyra heyətə cəlb edilib.

28 yaşlı müdafiəçi ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

“Zvolle”nin yetirməsi olan Stiven Pereyra Niderland əsilli olsa da, 2017-ci ildən Kabo-Verde yığmasına çağırılır. Onun son klubu CAR təmsilçisi “Maritzburq Yunayted” olub.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Vüsal İsgəndərlini da transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Fənərbağça”da iki ciddi itki

admin

“Marketdən yoqurt istədim, mənə südlü qaymaq verdilər” – “Keşlə”nin legioneri

admin

“Bakıdakı hesabı qorumağa gəlməmişik” – “Neftçi”nin baş məşqçisi

admin