03 Fevral 2025
Ölkə futbolu

“Sumqayıt” legioner ilə vidalaşdı

“Sumqayıt” futbolçusu Jordan Rezabala ilə yollarını ayırıb.

İdmanxeber.az  xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə yeni anlaşma əldə olunmayıb.

Qeyd edək ki, ekvadorlu oyunçu 2024-cü ilin fevralında “Sumqayıt”a keçmişdi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43