İdman

“Sumqayıt” “Poqon”un yerinə rəqib tapdı

“Sumqayıt” Futbol Klubunun Antalyada 4 yoxlama oyunu keçirəcəyi barədə xəbər vermişik.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Samir Abasovun yetirmələri sabah qonşu ölkədə ilk sınaq matçına çıxacaq. Nəzərinizə çatdıraq ki, Polşanın “Poqon” klubu öncədən planlaşdırılmış yoxlama görüşündən imtina edib. Bu səbəbdən “Sumqayıt” FK Rumıniya təmsilçisi ”Konkordiya” ilə qarşılaşcaq. Görüş yerli vaxtla saat 16:00-da başlayacaq. Qarşılaşma “The Sense De Luxe” otelinin stadionunda keçiriləcək.

Qeyd edək ki, 1957-ci ildə yaranmış “Konkordiya” Kyajna bölgəsini təmsil edir. Rumıniya yüksək liqasında 7-ci mövsümünü keçirən Yon Moldovanın komandası turnir cədvəlinin 12-ci pilləsində qarşılaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43