Kateqoriyasız

“Sumqayıt” “Qaziantep”ə qarşı

Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Ayxan Abbasovun komandası yerli “Qaziantep”lə qarşılaşacaq. Superliqa təmsilçisi ilə oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” bundan əvvəlki sınaq matçlarında “Keçiörengücü”nə 1:2, “Sivasspor”a isə 0:2 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43