Ölkə futbolu

“Sumqayıt” – “Qəbələ” oyunu canlı yayımlanacaq

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının 17-ci turunda “Kapital Bank Arena”da “Qəbələ”ni qonaq edəcək. Dekabrın 18-də keçiriləcək qarşılaşma İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq. “Sumqayıt” – “Qəbələ” görüşü saat 15:00-da başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” və “Qəbələ”nin əvəzedici komandaları dekabrın 17-də saat 13:00-da “Kapital Bank Arena”da üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43