25 Oktyabr 2021
Premyer Liqa

“Sumqayıt” sevinir, “Neftçi” ondan xəbər gözləyir

Premyer Liqanın VII turu çərçivəsində son çempion “Neftçi” səfərdə “Sumqayıt”ın qonağı olacaq.

“Neftçi”nin mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, zədəli futbolçulardan Xəyal Nəcəfov artıq məşqlərə başlayıb. Onun “Sumqayıt”la matçda oynayıb-oynamayacağı bilinmir. Millinin Serbiya səfərində sıradan çıxan kapitan Emin Mahmudovun son durumuna isə bugün mayinədən sonra aydınlıq gələcək.

“Sumqayıt”da isə yalnız bir zədəli futbolçu var. Klubun mətbuat xidmətindən saytımıza bildirilib ki, əməliyyat olunan Elvin Bədəlov xaric heyətdə başqa zədəli futbolçu yoxdu. Son iki turda zədə səbəbindən meydana çıxa bilməyən Əli Qurbani isə “Neftçi” ilə oyuna hazırdı. Onun paytaxt klubu ilə qarşılaşmada oynayıb-oynamayacağına isə baş məşqçi Ayxan Abbasov qərar verəcək.

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək görüş saat 16:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“İnter” – “Qarabağ” matçının başlama saatı müəyyənləşdi

admin

“İnter Arena”da azarkeş qıtlığı

admin

“Kəpəz” məşqlərə başlayıb

admin