Kateqoriyasız

“Sumqayıt” Türkiyədə 3 yoxlama oyunu keçirəcək

“Sumqayıt” iyunun 27-dən etibarən 2022/2023 mövsümü üçün hazırlıqlara start verəcək.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi iyulun 15-dək Sumqayıtda keçiriləcək. Aleksey Baqanın baş məşqçisi olduğu komanda bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq.

“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. “Kimyaçılar” 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix hələlik açıqlanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Qurban Qurbanov püşkü dəyərləndirdi: “Onlar bizə qarşı həmişə çox ciddi olublar”

admin

“Neftçi”nin legioneri milliyə çağırıldı

admin