Yeni mövsüm üçün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Türkmənistan təmsilçisi “Altın Asır”la üz-üzə gəlib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. “Sumqayıt”ın qollarının ikisini Məhəmməd Qurbanov, birini isə Tərzin Cahangirov vurub.
Xatırladaq ki, “Sumqayıt” bundan əvvəlki yoxlama matçlarında “Perspolis”ə məğlub (2:3) olub ,Özbəkistanın “Bunyodkor”una qalib (1:0) gəlib, Batumi “Dinamo”su ilə bərabərə (2:2) qalıb.