Ölkə futbolu

“Sumqayıt” üçün 350-ci matç

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Sumqayıt” üçün yubileylə əlamətdar olub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi tarixinin 350-ci matçını keçirib. “Qarabağ”la ev görüşünədək 349 dəfə meydana çıxan sumqayıtlılar yubiley qarşılaşmasından heç-heçə ilə ayrılıb – 0:0. Bu, 101 qələbə və 158 məğlubiyyəti olan komandanın 91-ci sülhü olub. Rəqib qapılarına 360 qol vuran komanda 468 top buraxıb.

Əsası 2010-cu ildə qoyulan komanda əvvəl “Sumqayıt Şəhər” adı altında da çıxış edib. 11 il ərzində komanda Premyer Liqa, I divizion, Azərbaycan kuboku və UEFA Avropa Liqasında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”ın əvəzediciləri də çempion oldu

admin

“Xəzər Lənkəran”lı fanatların nəzərinə: Rednik Lənkərana gəlir

admin

“Neftçi”də 11 ilin ən yaxşı göstəricisi

admin