l Divizion Ölkə futbolu

“Sumqayıt” üçün dörd rəqib

“Sumqayıt”ın əvəzedici heyəti birinci divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə,Vüqar Quliyevin rəhbərliyi altında yanvarın 9-dan etibarən hər gün “Kapital Bank Arena”nın ehtiyat meydançasında məşqlərini keçən komanda 4 yoxlama matçında qüvvəsini sınayacaq.

“Sumqayıt-2” yanvarın 18-də “Neftçi-2”, 24-də “Qarabağ-2”, fevralın 1-də isə “Qaradağ Lökbatan”la üz-üzə gələcək. “Kimyaçılar”ın ikinci komandasının sonuncu rəqibinin adı hələ ki, bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43