16 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt” yeni transferini açıqladı

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi son mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş Slavişa Radoviç ilə müqavilə imzalayıb.

Bu gün Ankarada tibbi baxışdan keçən 30 yaşlı müdafiəçi ilə “1+1” illik anlaşma əldə olunub. Radoviç 3 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov və Fernando Medeyrosun keçidini rəsmiləşdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43