21 Fevral 2025
Ölkə futbolu

“Sumqayıt” yeni transferini açıqladı

“Sumqayıt” yeni transferini açıqlayıb.

İdmanxeber.az-ın məlumataına görə, “gənclik şəhəri” təmsilçisi Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.

27 yaşlı hücumçu klubda 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.

Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43