Kateqoriyasız

“Sumqayıt” yeni transferini açıqladı – RƏSMİ

2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.
Premyer Liqa təmasilçisi Hüseyn Cəfərovu heyətinə qatıb.
Ötən mövsümü Portuqaliyanın “Uniao Leyria” klubunda keçirmiş 19 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, “Sumqayıt”da “15” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” yay fasiləsində Tellur Mütəllimov, Elvin Məmmədov, Kərəm Sultanov, Eltun Turabov, Əli Qurbani və Adəm Həmatini heyətinə qatıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43