08 Dekabr 2022
Kateqoriyasız

“Sumqayıt”a jest – AFFA tərəfindən

AFFA İntizam Komitəsinin (İK) “Sumqayıt”ın baş məşqçisi Samir Abasova verdiyi 5 oyunluq cəza dəyişdirilib.

İdmanxeber.az məlumatına görə, bu, Apellyasiya Arbitraj Tribunalının verdiyi qərarda qeyd olunub.

Bildirilib ki, “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi ilə baş məşqçiyə verilən 5 matçlıq kənarlaşdırılma 3 oyun şərti tətbiq edilməklə 5 oyunluq cəza ilə əvəz edilib.

Sınaq müddəti qərarın qəbul edildiyi tarixdən etibarən 3 ay müddətinə təyin olunub. Baş məşqçi sınaq müddəti ərzində yenidən İntizam Məcəlləsi ilə müəyyən olunan hər hansı bir pozuntuya yol verdiyi halda həmin pozuntuya görə cəza təyin olunarkən 3 oyunluq kənarlaşdırma cəzası da tətbiq olunacaq.

Qeyd edək ki, “Sumqayıt” klubu barəsində verilən 4000 AZN məbləğində cərimə cəzası isə qüvvədə saxlanılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Biz “Olimpiyakos”la hücumda? Qəti imkan verməyəcəklər” – Samir Abasov

admin

“Krılya Sovetov”da oynayan həmyerlimiz klubunu dəyişdi

admin

“Fluminense”nin yetirməsi “Sabah”da – Rəsmi

Səxavət Qurbanov