Premyer Liqa

“Sumqayıt”da məşqçilərlə görüş keçirildi

“Sumqayıt”ın məşqçi heyəti arasında görüş keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasda klubun baş meneceri Ceyhun Sultanov, A komandanın baş məşqçisi Samir Abasov, B komandanın çalışdırıcısı Elbrus Məmmədov və akademiyanın məşqçi heyəti iştirak edib.

Görüş zamanı məşqçilər arasında fikir mübadiləsi aparılıb, akademiyada qeydə alınan nəticələr müzakirə olunub, təkliflər dinlənilib, əsas və əvəzedici komandanın baş məşqçiləri tərəfindən bəzi tövsiyyələr verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43