AFFA Hakimlər Komitəsinin üzvü, sabiq FIFA referisi Anar Salmanovun iştirakı ilə “Sumqayıt”ın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
İdmanxeber.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun təlim-məşq bazasının iclas zalında baş tutan tədbirdə “Sumqayıt”ın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.