22 Dekabr 2024
Ölkə futbolu

“Sumqayıt”da son durum

“Sumqayıt” Premyer Liqanın 14-cü turu çərçivəsində doğma azarkeşləri qarşısında “Simurq”la qarşılaşacaq. 

Bu səbəbdən Aqil Məmmədovun komandası hazırlığını davam etdirir.

A millinin heyətində yer alan Anar Nəzirov, Vurğun Hüseynov və Pərdis Fərcad-Azad, U-21-in düşərgəsində olan Slavik Alxasov, Kərim Diniyev, Elşən Abdullayev və Nurlan Novruzov hazırlığa nisbətən gec qoşulacaq. Bir müddət əvvəl zədə alan alan Bəxtiyar Həsənalızadə hələ ki müalicə olunur. Həmçinin əvəzedici komandanın son oyunun zədələnən Ruslan Nəsirli də bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, “Sumqayıt” hazırlıq məqsədi ilə noyabrın 16-da “Şəfa” stadionunda “İnter”lə yoxlama oyunu keçirəcək. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43