Topaz Premyer Liqasının XXX turunda “Simurq”la qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, Aqil Məmmədovun komandası bu gün səhər Sumqayıtda növbəti məşqinə çıxıb. Bir müddətdir zədəli olan Pərdis Fərcad-Azad artıq komanda ilə birlikdə hazırlığa başlayıb. Bu günki məşqdə yalnız Fərid Kərimzadə fərdi məşq edib.
Qeyd edək ki, “Sumqayıt” – “Simurq” oyunu aprelin 12-də saat 15:00-da Sumqayıtdakı yeni meydançada keçiriləcək.