Azərbaycan Premyer Liqasının növbəti turunda “Bakı” ilə qarşılaşacaq “Sumqayıt” klubu növbəti futbolçunu heyətinə qatıb.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev Sumqayıt təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
28 yaşlı futbolçu “Sumqayıt”da 86 nömrəli formanı geyinəcək.