22 Oktyabr 2024
Ölkə futbolu

“Sumqayıt”dan növbəti transfer

“Sumqayıt” növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, “kimyaçılar” 1994-cü il təvəllüdlü dayaq yarımmüdafiəçisi Fərhad Qıstarovu heyətinə qatıb. Əslən Balakən rayonundan olan adıçəkilən futbolçu klubla 1,5 illik müqavilə imzalayıb. Fərhad “Sumqayıt” FK-da 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Qıstarov “Dinamo” (Stavropol), SKA (Rostov) kimi klublarının şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43