“Sumqayıt”ın “Kəpəz”in futbolçusu Georgi Papunaşvili ilə maraqlandığı xəbərini vermişdik.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, artıq “Kimyaçılar” gürcüstanlı futbolçuya öz təklifini irəli sürüb. Rəhbərlik Papuya illik 100 min dollar maaş sözü verib.
Təcrübəli yarımmüdafiəçi “Sumqayıt”ın bu təklifinə hələlik konkret cavab verməyib. O, yekun qərarını mövsüm sonu bildirəcək.
Xatırladaq ki, Papunaşvili hazırda “sarı-göylər”də illik 50-55 min dollar qazanır.